Dövlət qulluğuna qəbul imtahanları avqustdan başlayacaq
"Dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək".
Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
DİM sədri bildirib ki, müsahibələr onlayn qaydada keçiriləcək: “Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək. Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçiriləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət