Slimfit
  1. AZƏRBAYCAN

Dövlət qulluğu imtahanında iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 3-ü uğur qazanıb

Dövlət qulluğu imtahanında iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 3-ü uğur qazanıb
Sakura

Dövlət qulluğu imtahanında iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 3-ü uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 23-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 1028 nəfəri kişi, 820 nəfəri isə qadın olub. 

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 941 nəfər (qeydiyyatdan keçənlərin 91.5%-i), qadınlar üzrə isə 764 nəfər (qeydiyyatdan keçənlərin 93.2%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupları (50-64 yaş intervalı) üzrə 14 nəfər (12 kişi, 2 qadın) qeydiyyatdan keçsə də, imtahanda uğur qazana bilməyiblər. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 3 nəfər imtahanı uğurla keçib.

Ümumilikdə, imtahanda müvəffəqiyyət əldə edən 275 nəfər (uğur əldə edənlərin təqribən 58%-i, 112 kişi və 163 qadın) 20‑24 yaş intervalında olan namizədlərdir. 25-29 yaş intervalında isə 144 nəfər (68 kişi və 76 qadın) lazım olan balı toplaya bilib. Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 467 nəfəri, yəni təqribən 98%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 8 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1848 namizəddən 475 nəfəri (25.7%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1028 kişidən 208 nəfər (20.2%), 820 qadından isə 267 nəfər (32.6%) uğur əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Cinsi Yaş intervalı Qeydiyyatdan keçib Test imtahanından uğurla keçib Faizlə (%)
Kişi 20-24 446 112 25.1
Kişi 25-29 352 68 19.3
Kişi 30-34 143 25 17.5
Kişi 35-39 48 2 4.2
Kişi 40-44 23 1 4.3
Kişi 45-49 4 0 0.0
Kişi 50-54 7 0 0.0
Kişi 55-59 5 0 0.0
Kişi 60-64 0 0 0.0
Kişilər üzrə cəmi: 1028 208 20.2
Qadın 20-24 400 163 40.8
Qadın 25-29 266 76 28.6
Qadın 30-34 98 23 23.5
Qadın 35-39 28 3 10.7
Qadın 40-44 16 1 6.3
Qadın 45-49 10 1 10.0
Qadın 50-54 2 0 0.0
Qadın 55-59 0 0 0.0
Qadın 60-64 0 0 0.0
Qadınlar üzrə cəmi: 820 267 32.6
Yekun: 1848 475 25.7

Ümumi məlumat:

Yaş intervalı Qeydiyyatdan keçib Test imtahanından uğurla keçib Faizlə (%)
20-24 846 275 32.5
25-29 618 144 23.3
30-34 241 48 19.9
35-39 76 5 6.6
40-44 39 2 5.1
45-49 14 1 7.1
50-54 9 0 0.0
55-59 5 0 0.0
60-64 0 0 0.0
Cəmi: 1848 475 25.7
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR