Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb
Sakura

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

Bu gündən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənədlərin qəbuluna başlanılır.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində nazirlik tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər.

İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq.

Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsinin və təhsil sənədinin surəti) sentyabr ayının 10-dək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (Nazim Hacıyev, 4) və ya office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.

2018-2019-cu tədris ilində respublikanın şəhər və rayonlarında yerləşən peşə təhsili müəssisələrinə işə qəbul üzrə vakant yerlər barədə məlumatı bu linkə daxil olmaqla əldə etmək olar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR