Slimfit
  1. CƏMİYYƏT

Dövlət məmurlarının toyda iştirakı təəssüf hissi doğurur – Cavid Osmanov

Dövlət məmurlarının toyda iştirakı təəssüf hissi doğurur – Cavid Osmanov
Sakura

Dövlət məmurlarının toyda iştirakı təəssüf hissi doğurur – Cavid Osmanov

Bu gün bütün dünyada tüğyan edən koronavirus pandemiyasına görə bütün dövlətlər öz daxili imkanları, resursları hesabına müəyyən tədbirlər görür. Azərbaycan da bu baxımdan ən sabit ölkələrdən biridir. Belə ki, digər dövlətlərin heç birindən hər hansı bir yardımın istəməməsi, əksinə dünya səhiyyə təşkilatlarına, cənab Prezidentimizin tapşırığı əsasında 30-a yaxın ölkəyə dövlət tərəfindən yardım edilməsi, ölkəmizdə həm aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, pandemiya dövründə işlərini itirən vətəndaşlarımıza sosial yardımların göstərilməsi, iqtisadiyyata, sahibkarlara dəstək olunması və qabaqlayıcı tədbirlə yanaşı, karantin qaydalarının tətbiq edilməsi ölkəmizi bu gün bu virusa qarşı aparılan tədbirlərin çərçivəsində dünyanın ən sabit ölkələrindən birinə çevirib.

Ens.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputat aparılan tədbirlərdə dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi və qanunun aliliyinin qarantı kimi dayanmasını vurğulayaraq bildirib ki, Azərbaycanda qanunlar hər kəs üçün bərabərdir. 

“Burada nə siyasi mənsubiyyət, nə imkan dairəsi, nə imkan durumu, nə də digər amillər nəzərə alınmır. Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən yumşaldılmalara getsə də, bu gün toy, yas və digər bu kimi mərasimlərin hələ də qadağa olunması hər kəsə aydındır. Bununla yanaşı, müəyyən insanlar hələ də bu tədbirləri keçirirlər və biz zaman-zaman hüquq-mühafizə orqanları tərəfindən belə mərasimləri keçirən müəyyən şəxslərin məsuliyyətə cəlb edildiyinin şahidi oluruq.

Elə bu günlərdə bəzi dövlət məmurlarının, akademiklərin bir araya gələrək toy mərasimi keçirdiyini gördük. Belə ki, keçmiş həmkarımız, Milli Məclisin beşinci çağırış deputatı İlham Əliyev bütün qaydaları pozaraq öz övladına toy mərasimi keçirib və çox haqlı olaraq da ictimai qınağa səbəb olub. Həmin sabiq deputat AMEA-nın rəhbəri Ramiz Mehdiyevin kürəkənidir. Eyni zamanda müəyyən dövlət məmurlarının iştirakı ilə və 10 nəfərdən çox adamın toplaşaraq toy mərasimi keçirməsi təəssüf hissi doğurur. Hər kəs anlamalıdır ki, tutduğu mövqedən, vəzifədən asılı olmayaraq, hamı qanunlara tabe olmalıdır”, - deyə deputat bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR