Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Komitəsinin sədri: "Azərbaycanda xürafat və dini radikalizmin təbliğatı azalıb"

Dövlət Komitəsinin sədri: "Azərbaycanda xürafat və dini radikalizmin təbliğatı azalıb"
Sakura

Dövlət Komitəsinin sədri: "Azərbaycanda xürafat və dini radikalizmin təbliğatı azalıb"

"Gələcəkdə "Həyat bilgisi" fənnində müxtəlif dinlər haqqında məlumatların daha geniş şəkildə şagirdlərə çatdırılması istiqamətində işlər gedir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, məqsəd yeni gənc nəslin bütün dinlər haqqında müəyyən bilgi əldə etməsinə şərait yaratmaqdır: "Hər birimiz dünyada olan dinlər barədə müəyyən bilgiyə malik olmalıyıq. Orta məktəbi bitirən şagirdlər yalnız İslam dini haqqında deyil, eləcə də digər dinlər barədə də məlumatlı olmalıdır".

O əlavə edib ki, kitablarda bu barədə məlumatlar var, sadəcə bu daha da genişləndiriləcək: "Bəziləri elə bilir ki, orta məktəblərdə şagirdlərə mədrəsə səviyyəsində və ya din xadimləri kimi din öyrədiləcək. Xeyr, bu belə deyil. Sadəcə gənclərin dünyagörüşü səviyyəsində din bilgilərini artırmaq niyyətindəyik. Msələn, sorğu aparsaq görərik ki, dünyadakı dinlər barədə insanların bilgisi çox azdır. Ona görə bu bilgiləri əldə etməliyik ki, xürafat və dini radikalizm elementlərinin təbliğat məkanları daralır və onlar insanları təsir dairələrinə sala bilmirlər. Bu gün mükəmməl təhsil alan insanları təsir altına salmaq mümkün deyil". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR