Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Komitəsinin işçilərinin sayı artırıldı

Dövlət Komitəsinin işçilərinin sayı artırıldı
Sakura

Dövlət Komitəsinin işçilərinin sayı artırıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının və Komitənin regional orqanlarının işçilərinin say həddi artırılıb.
 
Ens.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı fərmanda öz əksini tapıb.
 
Fərmanla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 88 ştat vahidi, Komitənin regional orqanlarının işçilərinin say həddi 91 ştat vahidi müəyyən edilib.
 
Qeyd edək ki, indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 85 ştat vahidi, Komitənin regional orqanlarının işçilərinin say həddi 89 ştat vahidi müəyyən edilmişdi.
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR