Slimfit
  1. SİYASƏT

Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa çağırıb

Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa çağırıb
Sakura

Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa çağırıb

Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa çağırıb
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib.
Ens.Az müraciəti təqdim edir:
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 2020-ci ildə qısa zamanda üçrəngli bayrağımızı 30 il işğal altında qalan ərazilərimizdə dalğalandırması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur və fərəh hissi oyandırdı.
Həmin dövrdə uşaqdan-böyüyə hər bir həmvətənimiz dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirdi. Hər bir soydaşımız, həmvətənimiz dövlətimizin, ordumuzun yanında oldu. 44 gün ərzində torpaqlarımızın azad olunması üçün gecə-gündüz əlindən gələni etdi.
Məlumdur ki, keçən dövr ərzində acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövləti mənfur məqsədlərinə nail olmaq üçün bütün insanlığa zidd addımlarla, mülki şəxsləri qəsdən hədəfə almaqla minalama siyasətini həyata keçirir. Azərbaycanın dövlət sərhədləri çərçivəsində erməni silahlı birləşmələrinin həyata keçirdiyi mina terroru nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması bunun bariz nümunəsidir. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis işləri ilə təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.
Sentyabrın 19-u Azərbaycanın müzəffər ordusu üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Həyata keçirilən antiteror tədbirlərindən böyük narahatlıq keçirən və çıxılmaz vəziyyətə düşən Ermənistan hökumətinin və onun maliyyələşdirdiyi separatçı rejimin Azərbaycan ərazisində, erməni diasporunun isə xarici ölkələrdə həmvətənlərimizə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirəcəyi də istisa edilmir. Belə ki, uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar həyata keçirən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə son dövrlər erməni diasporunun aqressivləşdiyini nəzərə alsaq, onların daha çox məskunlaşdığı və Ermənistanın havadarları qismində çıxış edən dövlətlərdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa və ehtiyatlı olmağa səsləyirik.
Qeyd edilənləri nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi sizi bir daha son dərəcədə ehtiyatlı olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə, yaşadığınız ölkənin hüquq-mühafizə orqanlarına, eləcə də Azərbaycanın xarici ölkələrdəki müvafiq qurumlarına və Dövlət Komitəsinə müraciət etməyinizi tövsiyə edir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR