Dərc edildi: Baxış sayı: 688
Dövlət Komitəsi: Babək prospekti 79-da müvəqqəti yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək
“Məcburi köçkünlərin yeni mənzillə təminatı hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir”.
Bu barədə ONA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, yeni tikilən mənzillər Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, Dövlət Proqramı və ona edilmiş Əlavələrdə göstərilən konkret köçürülmə obyektləri üzrə həyata keçirilir.
“Bundan başqa, ən qəzalı, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkün ailələri ilk növbədə yeni mənzillərlə təmin edilir. Bu obyektlər Dövlət Komitəsində yaradılmış işçi qrupu və komissiyanın hərtərəfli və şəffaf araşdırması nəticəsində müəyyən olunur. Mənzillə əlaqədar müraciətlər işçi qrupu tərəfindən araşdırılır, nəticələr komissiyaya təqdim edilir. Komissiyanın rəyi Dövlət Komitəsinin sədrinə təqdim edilir və müvəqqəti məskunlaşma obyektlərinin köçürülməsi barədə qərar qəbul edilir. Nizami rayonu, Babək prospekti 79-da müvəqqəti yaşayan məcburi köçkünlər də mərhələli şəkildə yeni mənzillərlə təmin ediləcək” – deyə açıqlamada qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət