Dərc edildi: Baxış sayı: 484
Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib.
Trend-in məlumatına görə, imtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
İmtahanda 1 əcnəbi vətəndaş olmaqla 14 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, növbəti TOEFL imtahanının 2019-cu il yanvarın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət