Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib
Sakura

Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib

 Bu gün Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə “Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər” mövzusunda görüş keçirilib. 

Bu barədə “Report”a DGK-nın Mətbuat xidmətindən məlumat verilib.

Gömrük-biznes əməkdaşlığı çərçivəsində təşkil olunan görüşdə DGK sədri Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, aidiyyəti qurumların əməkdaşları və “yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən sahibkarlar iştirak edib.

Sahibkarlar qarşısında çıxış edən S.Mehdiyev bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daxili istehsalın, ölkənin ixrac və tranzit potensialının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində gömrük orqanları qarşısında gömrük-biznes münasibətlərinin beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməsi, şəffaflığın tam təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, bir sözlə, münbit ticarət mühitinin yaradılması məqsədilə mühüm vəzifələr qoyulub.

Qeyd edilən vəzifələrin icrası istiqamətində gömrük orqanlarının informasiya texnologiyalarından və elmin müasir nailiyyətlərindən yararlandığını söyləyən S.Mehdiyev ticarətin asanlaşdırılması, biznes subyektlərinin məmnuniyyətinin maksimum dərəcədə təmin olunması istiqamətində innovativ layihələrin, yeni tətbiqlərin həyata keçirildiyini deyib. Bu yeniliklərdən birinin də “yaşıl dəhliz” buraxılış sisteminin olduğunu, artıq 60-a qədər biznes subyektinin “yaşıl dəhliz”dən istifadə etdiyini diqqətə çatdıran Komitə sədri sistemin faydaları barədə də məlumat verib.

Bildirilib ki, “yaşıl dəhliz” buraxılış sisteminin imkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə risklərin idarə olunması sisteminin tətbiqi ilə idxal etdikləri mal və nəqliyyat vasitələrini anbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir. Üstəlik, bu və digər layihələr gömrük orqanları ilə biznes nümayəndələri arasında qarşılıqlı inam və etibarın təmin olunmasına şərait yaradır.

DGK sədri qeyd edib ki, “yaşıl dəhliz” sisteminin tətbiqi zamanı istər gömrük orqanları, istərsə də sahibkarlar müəyyən problemlərlə üzləşir. Lakin səmərəli və işgüzar dialoqlar vasitəsilə çatışmazlıqların aradan qaldırılması mümkündür. Komitə sədri sistemdən istifadə edən şəxslərin bəzi hallarda qısa idxal bəyannamələrini gömrük orqanlarına təqdim etmədiklərini, bu kimi halların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

O da qeyd olunub ki, qısa idxal bəyanamələrinin düzgün doldurulması və təqdim edilməsi, “yaşıl dəhliz” sistemilə bağlı digər prosedurların qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi üçün gömrük orqanları sahibkarlara təmənnasız dəstək göstərəcək. Sistemin istər sahibkarlar, istərsə də gömrük orqanları üçün üstünlüklərilə yanaşı, məsuliyyətinin də böyük olduğunu vurğulayan Səfər Mehdiyev tələb olunan prosedurların düzgün şəkildə yerinə yetirilməsi barədə fikir və tövsiyələrini də diqqətə çatdırıb.

Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb və problemlərin operativ qaydada həll edilməsi istiqamətində tapşırıqlar verilib.

Sonda “yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı videoçarx nümayiş olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR