Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Gömrük Komitəsi sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Dövlət Gömrük Komitəsi sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Sakura

Dövlət Gömrük Komitəsi sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Dövlət Gömrük Komitəsinin sədri (DGK) Səfər Mehdiyevin sabah Qazax rayonunda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı aprelin 29-na dəyişdirilib. 

Bu barədə “Report”a DGK-dan bildirilib. 

Məlumata görə, qəbul saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz, Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postu (əlaqə telefonu: (022) 315-63-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR