Dövlət Gömrük Komitəsi: “Bu videotəsvirlərin Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrinə aidiyyatı…
Ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.
“Report”un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, hadisə Azərbaycan ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib: “Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət