Slimfit
  1. CƏMİYYƏT

Dövlət ehtiyacı üçün torpaqları alan qurum müəyyənləşdi

Dövlət ehtiyacı üçün torpaqları alan qurum müəyyənləşdi
Sakura

Dövlət ehtiyacı üçün torpaqları alan qurum müəyyənləşdi

Nazirlər Kabineti torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanı müəyyən edib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı baş Nazir Əli Əsədov qərar imzalayıb.

“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanına əlavə edilmiş yerquruluşu planlarında göstərilən torpaqları dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilib.

İqtisadiyyat Nazirliyi “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanına əlavə edilmiş yerquruluşu planlarında göstərilən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı tədbirləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
 
Qaradağ Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələlərin həlli ilə bağlı səlahiyyətləri daxilində İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini təmin etməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR