Slimfit
  1. DÜNYA

Dövlət Dumasının sədri: “Qiyam günü Rusiyanı tərk etməyə cəhd edən məmurların adları açıqlanacaq”

Dövlət Dumasının sədri: “Qiyam günü Rusiyanı tərk etməyə cəhd edən məmurların adları açıqlanacaq”
Sakura

Dövlət Dumasının sədri: “Qiyam günü Rusiyanı tərk etməyə cəhd edən məmurların adları açıqlanacaq”

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbərinə tapşırıq verib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, tapşırıq bundan ibarətdir ki, iyunun 24-də Rusiyanı tərk etməyə cəhd edən dövlət qulluqçularının və dövlət korporasiyaları işçilərinin adları araşdırılsın və açıqlansın.

“Təhlükəsizlik komitəsinin sədrinə tapşırıq verilib ki, hüquq-mühafizə orqanları ilə birlikdə həmin vaxt mühüm vəzifə tutan, dövlət qulluğunda, dövlət strukturlarında, səhmdar cəmiyyətlərdə, şirkətlərdə çalışan şəxslərdən kimlərin qaçmağa cəhd etdiyi araşdırılsın və bu məlumatlar ictimaiyyətə açıqlansın”, - deyə Volodin qeyd edib.

“Bu hərəkət həmçinin cəzalandırılmalıdır. Baxmaq lazımdır, dövlət qulluqçularından hansısa biri belə bir addım atıbsa, bu, xoşagəlməz davranışdır. Belə halda dövlət qulluğu, vəzifə tutmaq doğru deyil”, - deyə o vurğulayıb.

“Onlar adi vətəndaşların vergiləri, büdcədən ayırmalar hesabına təmin olunur və dövlətə, insanlara xidmət etməlidirlər. Belə xoşagəlməz hərəkətlərinə görə utanmalıdırlar. Biz də müvafiq tədbirlər görməliyik”, - deyə Volodin əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR