Slimfit
  1. SİYASƏT

Dövlət Dumasının deputatı: “Rusiya və Azərbaycan əməkdaşlığı inkişaf etdirəcək”

Dövlət Dumasının deputatı: “Rusiya və Azərbaycan əməkdaşlığı inkişaf etdirəcək”
Sakura

Dövlət Dumasının deputatı: “Rusiya və Azərbaycan əməkdaşlığı inkişaf etdirəcək”

“Qardaş Azərbaycan xalqını, Azərbaycan Prezidenti İlham Əliyevi və ailəsini Respublika Günü münasibətilə təbrik edirəm. Bu gün Azərbaycan bayramı postsovet məkanında ən uğurlu iqtisadiyyata malik ölkələrdən biri kimi qarşılayır”.

Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərinə dair onlayn formatda keçirilən mətbuat konfransında Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir və bir-birini dəstəkləyir: “Dövlət Duması ilə Milli Məclis arasında mövcud olan münasibətlərdən məmnunam. Bütün beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edirik və gələcəkdə də bu əməkdaşlığı davam etdirəcəyik”.

“Bu gün Azərbaycan bütün region ölkələrinin, o cümlədən Rusiya Federasiyasının karbohidrogen istehsalı və tədarükü sahəsində işləmək və əməkdaşlığı uğurla inkişaf etdirmək istədiyi ölkədir. Azərbaycan təkcə rusiyalıları üçün yox, həm də postsovet məkanından gələnlər üçün turizm mərkəzidir. Kurortlar yaxşı inkişaf edir. Əlbəttə, koronavirus pandemiyası turizm sənayesini yavaşlatdı, amma turistlərin yenidən eyni sürətlə Azərbaycana axışacağı gün də uzaqda deyil”, - deputat deyib.

L.Slutski ölkələr arasındakı əməkdaşlığın ildən-ilə inkişaf etdiyini vurğulayıb: “Bu, təkcə neft-qaz sənayesini, sərhədyanı ticarəti yox, həm də yüksək texnologiyalar sferasını, kosmik və bir çox digər sahələri əhatə edir. Rusiya və Azərbaycan bütün cəbhələrdə ahəngdar, tarazlı və sürətlə inkişaf edən əməkdaşlığın nümunəsidir”, - deyə o, fikrini yekunlaşdırıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR