Dövlət Departamenti Türkiyənin Ukrayna üzrə danışıqların təşkilində rolunu yüksək qiymətləndirir
Amerika administrasiyası Türkiyənin Ukrayna münaqişəsi üzrə danışıqların təşkilində rolunu yüksək qiymətləndirir.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim deyib.
“Biz Türkiyənin oynadığı rolu çox yüksək qiymətləndiririk, bildiyiniz kimi, Türkiyə NATO-nun əsas üzvüdür”, - o deyib.
O, həmçinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın münaqişə nəticəsində yaranmış ən böyük problemlərin həlli istiqamətində şəxsi səylərini qeyd edib. "Biz, məsələn, onun Qara dənizdə taxıl sövdələşməsinə dair şəxsi təşəbbüsünü yüksək qiymətləndiririk. Təəssüf ki, Vladimir Putin Prezident Ərdoğanın xoş niyyətinə cavab vermədi və taxıl müqaviləsi uğursuz oldu", - diplomat bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət