Dərc edildi: Baxış sayı: 571
Dövlət Departamenti İrana qarşı silah embarqosunun uzadılmasına nail olmağa çalışacaq
Bakı. Trend:
ABŞ Administrasiyası diplomatiyanın köməyi ilə İrana qarşı beynəlxalq silah embarqosunun uzadılmasına nail olmağa çalışacaq.
Ens.az xəbər verir ki, Trend-in "İnterfaks"ın verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus deyib.
M.Ortaqus bildirib: "Biz BMT-nin embarqosunun uzadılması üçün diplomatiyadan istifadə edirik. Bundan əlavə, biz heç vaxt İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik".
Qeyd edək ki, İrana qarşı beynəlxalq silah embarqosunun müddəti 2020-ci ilin oktyabr ayında bitir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət