Dərc edildi: Baxış sayı: 493
Dövlət Dəniz Agentliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad edilməsi zamanı həlak olmuş
şəhidlərimizə ehtiram göstərilməsi məqsədilə bu gün Dövlət Dəniz Agentliyində Azərbaycan
Respublikasının Dövlət bayrağı yarıya qədər endirilib.
Ens.az xəbər verirki,Bu barədə Oxu.Az-a Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub.
Şəhidlərin əziz xatirəsi Dövlət Dəniz Agentliyinin kollektivi tərəfindən sayğı duruşu ilə anılıb. Saat 12:00 – da Bakı buxtasındakı gəmilərdən fasiləsiz səs siqnalı verilməklə şəhidlərin xatirəsi yad edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət