Slimfit
  1. İQTİSADİYYAT

Dövlət bu şirkətlərə maliyyə yardımı ayırıb - “Artıq işçilərin əməkhaqlarını ödəmişik”

Dövlət bu şirkətlərə maliyyə yardımı ayırıb - “Artıq işçilərin əməkhaqlarını ödəmişik”
Sakura

Dövlət bu şirkətlərə maliyyə yardımı ayırıb - “Artıq işçilərin əməkhaqlarını ödəmişik”

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin verilməsi davam etdirilir. 

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərər çəkmiş 15 511 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 31 180 fərdi (mikro) sahibkar, cəmi 46 691 vergi ödəyicisi müraciət edib.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,2 mln. manat olub. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 11 567 vergi ödəyicisinə 123 343 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 28,17 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 31 180 vergi ödəyicisindən müraciət daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 29 946 müraciət araşdırılaraq, təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Bu proqram çərçivəsində indiyədək təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 23,2 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 18,65 mln. manat vəsaitin 22 949 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

Oxu.Az-ın əməkdaşı dövlətdən maliyyə dəstəyi alan bir neçə sahibkarla əlaqə saxlayıb.

“Evro İşaat” MMC-nin baş mühasibi Şəlalə Xəlilovanın sözlərinə görə, şirkət Azərbaycanın tikinti sektorunda istehsal etdiyi inşaat materialları ilə yerini tutur:

“Bizim müəssisəmiz pandemiyadan zərər çəkmiş xidmət sahələrinə aiddir. Boya istehsalatı ilə məşğul oluruq. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı görülən zəruri tədbirlər nəticəsində ölkə iqtisadiyyatının bir çox sahələrində olduğu kimi, bizim şirkətin fəaliyyətində də çətinlik yaranıb. Satışlarımız 90 azalıb.

Bir çox müştərilərimiz fəaliyyətlərini ya tam dayandırıb, ya da evdən işləmə rejiminə keçiblər. Debitorumuz ödənişləri gecikdirir, bu səbəbdən problem yaşayırıq. Bu isə kreditorlarımızın qarşısında öhdəliklərimizi yerinə yetirməyə, əməkdaşlarımızın əməkhaqlarını ödəməyə çətinlik yaratdı. Ancaq Prezident İlham Əliyevin sosial təşəbbüsünə qoşularaq, biz heç bir ixtisar etməmişik”.

“Məlum olduğu kimi, pandemiyadan zərər çəkən sahibkarlara maliyyə yardımının göstərilməsinə başlanılıb. Biz də bu yardımdan yararlanmışıq. Vergilər Nazirliyinin qeydiyyatından əməkhaqqı layihəsinə dəstək proqramı əsasında bank hesabımıza vəsait daxil edildi. Bu vəsait əməkdaşlarımızın əməkhaqlarının ödənilməsinə sərf olundu. Biz dövlətimizin qayğısını şirkət olaraq daim hiss etmişik. Ağır pandemiya dönəmində də dövlət şirkətimizə yardımını əsirgəmədi”, - deyə şirkət rəsmisi qeyd edib.

Pandemiyanın təsirindən zərər çəkən sahələrdən biri də turizmdir. 

“Rek Travel” MMC-nin mühasibi Pərvanə Xəlilova bildirib ki, şirkətin 13 işçisi var:

“Bizim çalışdığımız sektor koronavirus pandemiyasından daha çox zərər çəkib. Əslində, bu, dünyəvi bəladır. Bizə dəymiş ziyanın məbləği tam bəlli deyil. Çünki ölkədəki xüsusi karantin rejimi başa çatmayıb. Amma buna baxmayaraq dövlət bizə dəstək oldu. Biz sahibkarlara yardım edildi. İşçilərə əməkhaqlarını vermişik. Heç bir işçini ixtisar etməmişik”.

O qeyd edib ki, bu çətin dövrdə Azərbaycan dövləti onlara dəstək olub:

“Bu çətin vəziyyətdə Prezident İlham Əliyev sahibkarlara dəstək oldu və bizə yardımını əsirgəmədi. Biz də daim dövlətçiliyimiz naminə fəaliyyət göstərməyə davam edəcəyik”.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR