Slimfit
  1. İQTİSADİYYAT

Dövlət bu aylarda sahibkarlara dəstək göstərəcək - RƏSMİ

Dövlət bu aylarda sahibkarlara dəstək göstərəcək - RƏSMİ
Sakura

Dövlət bu aylarda sahibkarlara dəstək göstərəcək - RƏSMİ

“Sahibkarlar üçün dövlət tərəfindən verilən dəstəyin aprel və may ayı üçün olması nəzərdə tutulub. Çünki karantindən çıxma dövründə iqtisadi fəallıq dərhal bərpa edilməyəcək”.

Oxu.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən tövsiyələr verilərkən müəyyən variantlar nəzərə alınıb:

 

“Karantin rejiminin yumşaldılması ilə bağlı tövsiyələrdə ticarət, istehsalat müəssisələrində minimal sayda işçilərin işə cəlb edilməsi qeyd edilib. Bu, sanitar-epidemioloji qaydalardan irəli gələn məsələdir”.

“Belə olan şəraitdə fəaliyyət tam həcmdə bərpa edilmədiyi üçün bu, müəssisələrin işgüzar aktivliyinə, müştəri və həyata keçirilən əqdlərin saylarına da təsir göstərəcək”, - deyə nazir qeyd edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR