Slimfit
  1. AZƏRBAYCAN

Dövlət bayrağının 100 illik yubileyinə həsr olunan “Bayraq-100” adlı tədbir keçiriləcək

Dövlət bayrağının 100 illik yubileyinə həsr olunan “Bayraq-100” adlı tədbir keçiriləcək
Sakura

Dövlət bayrağının 100 illik yubileyinə həsr olunan “Bayraq-100” adlı tədbir keçiriləcək

“Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkil etdiyi Dövlət bayrağının 100 illik yubileyinə həsr olunan “Bayraq-100” adlı tədbiri keçiriləcək.

İctimai Birlikdən “Report”a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin Azərbaycan bayrağının yaranması, tarixi, 100 il ərzində keçdiyi çətin və şərəfli yolu şagirdlərin yaddaşına hopdurmaqdır.

Tədbirdə Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının nümayəndələri, eləcə də TİKA-nın, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin nümayəndələri, məktəblilər iştirak edəcək.

Tədbir oktyabrın 26-sı saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyində başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR