Dövlət başçısının əsas tapşırığı budur ki, məmurlar davranışları ilə insanların hörmətini qazanmalı, təvazökar olmalıdırlar - Deputat
Müxtəlif görüş və tədbirlərdəki çıxışlarında dəfələrlə "mən xalqın xidmətçisiyəm" deyə bəyan edən cənab Prezident İlham Əliyev hər zaman xalqımızın maraqlarını əsas götürür, qəbul etdiyi bütün qərarlarda ilk növbədə xalqı düşünür.
Ens.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputatın sözlərinə görə, Prezident eyni zamanda bütün məmurları da xalqa layiqli şəkildə xidmət etməyə çağırır, fəaliyyətində bu prinsipdən kənara çıxan məmurlar qarşı isə barışmaz olur: "Bildiyimiz kimi dövlət başçısı xalqa qarşı eyni yanaşmanı hər bir dövlət məmurdan da gözləyir. Bununla bağlı çıxışlarda "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" deyən dövlət başçısının əsas tapşırığı budur ki, məmurların həm özləri, həm də yaxın qohumları öz davranışları ilə insanların hörmətini qazanmalı, təvazökar olmalıdırlar".
V.İskəndərov deyib ki, Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul ed ərkən bir daha həmin məqama toxunub: "Cənab Prezident yeni təyin olunan İcra Hakimiyyəti başçılarına verdiyi tapşırıq və tövsiyələr zamanı bir daha məmurlar üçün vacib olan məqamları xatırladaraq "Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm" deyə bəyan etdi".
Deputat bildirib ki, dövlət başçısının da bəyan etdiyi kimi, ancaq əfsuslar olsun ki, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar: "Cənab Prezident çıxışında bu cür məmurların cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozduqlarını da bildirdi. Cənab Prezidentin bəyan etdiyi kimi özünü xalqdan yuxarıda hiss edən, təkəbbürlə yanaşan bu cür insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Çıxışında rəhbərin təvazökarlığının rəhbərin yaraşığı olduğunu deyən cənab Prezidentin "İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız" sözləri də növbəti ciddi xəbərdarlıq idi. Hesab edirəm ki, hər bir dövlət məmuru bu xəbərdarlıqdan nəticə çıxarmalı, işini qoyulan tələblər səviyyəsində qurmalıdır".
V.İskəndərov deyib ki, bu görüşPrezidentin digər bir vacib çağırışı ilə də yadda qaldı: "Çıxışında kadr siyasətində də düzgün addımların atılmasının vacibliyinə toxunan dövlət başçısı dedi ki, bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasətinin məhz bu prinsiplər əsasında qurulmalı olduğunu deyən cənab Prezident icra başçılarının da işininin əsas prinsiplərinin məhz Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük olmalı olduğunu bəyan etdi".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət