Slimfit
  1. AZƏRBAYCAN

Dövlət başçısı: “Ermənistanın hərbi təxribatlarına görə vəziyyət mənfi məcraya doğru gedir”

Dövlət başçısı: “Ermənistanın hərbi təxribatlarına görə vəziyyət mənfi məcraya doğru gedir”
Sakura

Dövlət başçısı: “Ermənistanın hərbi təxribatlarına görə vəziyyət mənfi məcraya doğru gedir”

Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssüf ki, vəziyyət mənfi məcraya doğru gedir. Bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Dövlətimizin başçısı bildirib ki, ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılıb. Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə ediblər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olub və bir mülki şəxs də öldürülüb. Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilib. Bundan əvvəl yenə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı. Lakin budəfəki kimi təcavüzkar formada olmamışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR