Slimfit
  1. SİYASƏT

Dövlət başçısı: 'Bu il təkcə məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edildi'

Dövlət başçısı: 'Bu il təkcə məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edildi'
Sakura

Dövlət başçısı: 'Bu il təkcə məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edildi'

"Müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Amma o demək deyil ki, bu, bizi qane edir, yox. Biz istəyirik daha da artsın və əminəm ki, artacaq. Sadəcə olaraq, buna nail olmaq üçün gərək iqtisadi sahədə daha da böyük artım olsun. Çünki biz ayağımızı yorğanımıza görə uzadırıq". 

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Biz heç yerdən dəstək almırıq, buna ehtiyac da görmürük. Ona görə öz büdcəmizi elə planlaşdırmalıyıq ki, ölkə qarşısında duran vəzifələr icra edilsin, qeyri-neft iqtisadiyyatının inkişafını şərtləndirən layihələr icra edilsin və əldə edilmiş gəlirlər hesabına biz sosial layihələri həll edək. Ona görə ildən-ilə bizim valyuta ehtiyatlarımız artır. Hətta ən böhranlı 2015-ci, 2016-cı illərdə bizim gəlirlərimiz kəskin aşağı düşmüşdü, biz yenə də böyük qənaət paketi təqdim etdik və imkan vermədik ki, valyuta ehtiyatlarımız azalsın. Çünki bu, həm manatın məzənnəsinə müsbət təsir göstərir, eyni zamanda, bizim əsas ehtiyatımızdır.

Ona görə gələcək sosial layihələrin həyata keçirilməsi sırf iqtisadi inkişafla bağlıdır və iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək. Əminəm ki, gələn il bu istiqamətdə də önəmli il olacaq. Onu da bildirməliyəm ki, biz məcburi köçkünlər üçün, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim etmişik. Təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa edildi. Təsəvvür edin, orta hesabla indi ailədə 4-5 nəfər olur, yəni, biz bir şəhər boyda layihə icra etdik. Təqribən 25-30 min nəfər bundan bəhrələnir, 800-ə yaxın şəhid ailəsi, müharibə əlili evlərlə təmin edilir. Heç bir ölkədə bu, yoxdur. İndi müharibədən çıxmış bir çox ölkələr var. Hansı ölkədə müharibədə həlak olmuş şəhidlərin ailələrinə dövlət tərəfindən evlər verilir, mənzillər verilir? Özü də bir yox, iki yox, artıq 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verildi. Minlərlə, təqribən 6 mindən çox müharibə əlilinə maşınlar verildi. Yəni, bu, bizim siyasətimizdir, biz heç kimdən bunu götürüb tətbiq etmirik. Biz bu təşəbbüsləri özümüz göstəririk. Çünki mən hesab edirəm ki, bu, ədalətlidir və ədalət hər yerdə olmalıdır, o cümlədən sosial ədalət. Ona görə hesab edirəm ki, sosial sahədə bu il yaddaqalan olub və gələn il imkan daxilində bu müsbət meyillər davam etdiriləcəkdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR