Dərc edildi: Baxış sayı: 258
Dövlət başçısı: Azərbaycanla Böyük Britaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir
Azərbaycanla Böyük Britaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə dövlət başçısı noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edərkən bildirib.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Azərbaycan Prezidenti bir daha Leo Dokertinin səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətinə toxunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət