Slimfit
  1. SİYASƏT

Dövlət başçısı: “Azərbaycan vətəndaşlarını birləşdirən bir amal var – ərazi bütövlüyümüzün bərpa edilməsi”

Dövlət başçısı: “Azərbaycan vətəndaşlarını birləşdirən bir amal var – ərazi bütövlüyümüzün bərpa edilməsi”
Sakura

Dövlət başçısı: “Azərbaycan vətəndaşlarını birləşdirən bir amal var – ərazi bütövlüyümüzün bərpa edilməsi”

“Təəssüf ki, mülki şəxslər arasında itki davam edir, artıq onların sayı 47 nəfər oldu, 222 mülki şəxs yaralanıb”.

Ens.az APA-nın məlumatına istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Ermənistanın mülki şəxsləri hədəf almasına Qərbin susqunluğuna münasibət bildirərkən söyləyib.

Dövlət başçısı deyib ki, 2000-ə yaxın ev ya tamam dağılıb, ya da böyük ziyan görüb: “Mən demişdim ki, biz bu insanların qisasını döyüş meydanında alacağıq. Biz heç vaxt mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq. Baxmayaraq ki, Gəncəyə, Tərtərə hücum oldu. Bu gün səhər  saat hazırda 09.10-dur saat 06.00-dan səhər 08.00-a qədər 220-dən çox mərmi Tərtər, Ağdam, Goranboy və digər rayonlara düşüb. Yəni, bu namərd hücumlar davam edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi durdurmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır, nə qədər mərmi düşürsə düşsün, Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var - Qarabağın qaytarılması, Azərbaycan bayrağının bütün işğal edilmiş torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsi. 

O ki qaldı toxunduğunuz ikinci məsələyə ki, nə üçün Qərbin səssiz qalır, biz bunu Birinci Qarabağ savaşında da gördük. Ermənistan bizə təcavüz etdi, torpaqlarımızı işğal etdi, Ermənistan bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. 1992-1993-cü illərdə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sanki Azərbaycan işğalçıdır, Azərbaycan təcavüzkardır, Ermənistan isə bu təcavüzün qurbanıdır. Bunu da bu gün az miqdarda, az həcmdə görürük, çünki həqiqəti artıq danmaq, gizlətmək mümkün deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR