Dərc edildi: Baxış sayı: 724
Dövlət Agentliyi: Hamilələr icbari tibbi sığorta haqqından azaddırlar
"Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilələr icbari tibbi sığorta haqqından azaddırlar".
ONA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Agentlik sədri qeyd edib ki, onlar üçün müəyyən edilmiş 120 manat illik tibbi sığorta haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət