Slimfit
  1. CƏMİYYƏT

Dövlət Agentliyi 164 ticarət müəssisəsində nöqsanlar aşkarladı

Dövlət Agentliyi 164 ticarət müəssisəsində nöqsanlar aşkarladı
Sakura

Dövlət Agentliyi 164 ticarət müəssisəsində nöqsanlar aşkarladı

Ölkəmizin bütün vətəndaşlarına məlumdur ki, pandemiya dövründə dövlət tərəfindən görülən tədbirlərin qayəsində Azərbaycan əhalisinin sağlamlığının və rifahının qorunması dayanıb. Ölkə rəhbərliyi tərəfindən bütün qurumlara və sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini bu ali məqsədlərə xidmət edəcək şəkildə həyata keçirmələri tövsiyə olunub. 

Ens.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, son günlərdə Agentliyin 1003 Çağrı Mərkəzinə istehlakçılardan daxil olan müraciətlərə əsasən müəyyən olub ki, nəzarət tədbirlərinin yumşaldılması hallarından bir sıra sahibkarlar sui-istifadə etməklə müxtəlif pozuntulara yol verilib:

"Aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilib, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapıb. Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kq olan ət, süd, unlu və qənnadı məmulatları, konservlər və s., eləcə də 435,02 litr olan spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilib.

Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlər həyata keçirilməkdədir. Ancaq bununla yanaşı, prosesdə iştirak edən bütün tərəflərin-sahibkarların, istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə qida nəzarətçisinə çevrilməsi vacibdir".

"Hər bir istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka dəvət edirik. Ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək, koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, istehlakçıların hüquqlarının və sağlamlığının qorunması məqsədilə təqdim olunmuş metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırırıq", - deyə Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR