Dərc edildi: Baxış sayı: 514
DOST mərkəzləri üçün avtomobillər alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus "Dost İş Mərkəzi" MMC 2 və 3 saylı Bakı DOST Mərkəzlərinin fəaliyyətinin vaxtlı-vaxtında icra edilməsi üçün avtomobil nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Ens.az "Report"-a istinadən xəbər verir ki, tenderin qalibi "Azərmaş" MMC-dir.
Qalib şirkətə 31,4 min manat ödəniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət