Slimfit
  1. CƏMİYYƏT

Doqquz illik bazadan kolleclərə ərizə qəbulu başa çatır

Doqquz illik bazadan kolleclərə ərizə qəbulu başa çatır
Sakura

Doqquz illik bazadan kolleclərə ərizə qəbulu başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

11 mart saat 09:10-a olan məlumata əsasən, 17562 (Azərbaycan bölməsi -17019; rus bölməsi -543) abituriyent ərizəsini təsdiq edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR