Dondurulmuş limon bakteriya əleyhinə təsir göstərir
Orqanizm üçün çox faydalı olan təbii vasitələrdən biri də dondurulmuş limondur. Dondurulandan sonra limonun qabığı daha yumşaq və istifadə üçün yararlı olur.
AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, ondan mütəmadi istifadə insult riskini azaldır, xərçəngin profilaktikasını təmin edir, immun sistemini gücləndirir, iltihabın müalicəsində tətbiq edilir. Bununla yanaşı, ondan istifadə edilməsi həm də bakteriya əleyhinə təsir göstərir, asmanın əlamətlərini azaldır. Dondurulmuş limon depressiya və həyəcan hissi ilə mübarizədə də yaxşı vasitədir, böyrəkləri və qaraciyəri təmizləyir.
Araşdırmalar göstərir ki, limon qabığı kimyaterapiya və şüa terapiyası ilə yanaşı tətbiq ediləndə xərçəngin ondan artıq növü ilə mübarizədə uğurlu nəticəyə səbəb olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət