Dondurma həvəskarlarının diqqətinə - Qanaxmaya yol aça bilər
Yay aylarında xüsusilə, uşaqların sevərək yedikləri dondurma orqanizmdə ciddi fəsadlara yol aça bilər.
Yenicag.az xəbər verir ki, həkimlər dondurmanın keyfiyyəti ilə yanaşı onun hansı formada qəbul edilməsinin də böyük əhəmiyyət daşıdığını bildirirlər. Süd, şəkər və səhləb tərkibi ilə uşaqlar üçün kalsium mənbəyinə çevrilən bu qida yanlış şəkildə qəbul edildikdə xəstəliklərə səbəb olur. Belə ki, dondurmanı dişləyərək böyük parçalar halında udmaq mədə-bağırsaq sistemində problemlər yaradır. Soyuq halda mədəyə düşən dondurma parçaları sancı və qanaxma kimi hallara gətirib çıxara bilər.
Buna görə də, həkimlər xüsusən, uşaqların dondurmanı ağızda əridərək udmasını məsləhət görürlər.
Qeyd edək ki, dondurma alarkən onun tərkibində süni rəngləndiricilərin və qatqı maddələrinin olmamasına diqqət etmək lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət