Dərc edildi: Baxış sayı: 431
Donald Tusk iyulda Azərbaycana səfərə gələcək
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gələcək.
"Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, səfər bu il iyulun 9-na planlaşdırılır.
Birgünlük səfər zamanı D.Tuskun ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət