Dərc edildi: Baxış sayı: 469
Donald Trampın vəkili Ukraynaya səfərini təxirə salıb
ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Ukraynaya səfərini təxirə salıb.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bunu "Fox News"a müsahibədə bildirib.
"Ukraynada prezidentin (Trampın - red.), bəzi hallarda isə ABŞ-ın düşmənləri olan bir qrup şəxslə üz-üzə gələcəyimdən ora getməyəcəyəm", - R.Culiani deyib.
Vəkil Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin D.Trampın düşmənləri olan, açıq şəkildə korrupsiyaya bulaşmış və demokratlarla əlbir olan insanlarla əhatə olunduğunu qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət