Slimfit
  1. AZƏRBAYCAN

Donald Trampın müşaviri Rusiya və Cənubi Qafqaza səfərlərinin məqsədini açıqlayıb

Donald Trampın müşaviri Rusiya və Cənubi Qafqaza səfərlərinin məqsədini açıqlayıb
Sakura

Donald Trampın müşaviri Rusiya və Cənubi Qafqaza səfərlərinin məqsədini açıqlayıb

 “Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir”.

Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

“Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir. Bu məsələdə problemlər və fikir ayrılıqları var. Biz bu istiqamətdə irəliləyiş əldə edə bilərik”, - deyə o vurğulayıb.

Con Bolton bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geopolitik rolun vacibliyini dəyərləndirəcək.

Qeyd edək ki, Con Boltonun oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfəri başlayacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR