Slimfit
  1. İDMAN

Donald Tramp Kobi Brayantın ailəsinə başsağlığı verib

Donald Tramp Kobi Brayantın ailəsinə başsağlığı verib
Sakura

Donald Tramp Kobi Brayantın ailəsinə başsağlığı verib

ABŞ Prezidenti Donald Tramp helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayant haqqında fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, prezident bədbəxt hadisə ilə əlaqədar Brayantın ailəsinə başsağlığı verib.

"Kobi Brayant bütün dövrlərin ən böyük basketbolçularından olmasına baxmayaraq, hələ indi yaşamağa başlamışdı. O, ailəsini çox sevirdi və gələcəyə böyük ümidlə baxırdı. Brayantın gözəl qızı Cannanın ölməsi isə daha böyük faciədir. Bədbəxt hadisəyə görə Vanessa və Brayantın ailəsinə başsağlığı verirəm. Allah hamınızın yanında olsun" - Tramp öz şəxsi "Tvitter" səhifəsində yazıb.

Qeyd edək ki, ikiqat olimpiya çempionu, Amerika Milli Basketbol Liqasının (NBA) beşqat çempionu Kobi Brayant, onun 13 yaşlı qızı və daha 3 sərnişin ABŞ-da helikopter qəzasında dünyasını dəyişib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR