Slimfit
  1. DÜNYA

Donald Tramp Kaliforniyada evsiz insanların sayının artmasından narahatdır

Donald Tramp Kaliforniyada evsiz insanların sayının artmasından narahatdır
Sakura

Donald Tramp Kaliforniyada evsiz insanların sayının artmasından narahatdır

 ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının qubernatoru Qavin Nyusoma evsiz insanların problemini həll edə bilməyəcəyi təqdirdə onu cəzalandıracağı ilə bağlı xəbərdarlıq edib.

ABŞ-da ümumilikdə evsiz insanların sayının azalmasına baxmayaraq, Kaliforniya son 10 ildə bu problemin artdığı iki ştatdan biridir. Hazırda Kaliforniyada daimi yaşayış yeri olmayan 130 min insan qeydə alınıb. Ştat rəhbərliyi bu problemin həllinə çalışsa da, bir nəticə hasil olmayıb. Böhranın əsas səbəbi kimi mənzillərin qiymətinin çox baha olması göstərilir. Bu da məsələnin tez bir zamanda həll edilməsinin mümkünsüz olduğunu deməyə əsas verir.

Qeyd edək ki, Kaliforniya ştatının qubernatoru Qavin Nyusom Donald Trampın siyasətini pisləyir və onun impiçmentini dəstəkləyir. Təbii olaraq, Tramp da qubernatorun fəaliyyətini tənqid edir. Bundan əvvəl ABŞ Prezidenti qubernatoru meşə yanğınları ilə bağlı fəlakətli vəziyyətə görə tənqid etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR