Slimfit
  1. DÜNYA

Donald Tramp doğum hüququ ilə vətəndaşlığı ləğv etmək niyyətindədir

Donald Tramp doğum hüququ ilə vətəndaşlığı ləğv etmək niyyətindədir
Sakura

Donald Tramp doğum hüququ ilə vətəndaşlığı ləğv etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp vətəndaşlıq haqqında qanuna dəyişiklik etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə D.Trampın özü HBO telekanalındakı "Axios" sənədli serialı üçün verdiyi müsahibədə söyləyib.

Dəyişiklik ABŞ-da doğulan miqrant uşaqlarının artıq ABŞ vətəndaşlığı almayacağını nəzərdə tutur. ABŞ Prezidenti qeyd edib ki, hamı ona bu qərarı qəbul etmək üçün konstitusiya dəyişikliyinə ehtiyac duyulduğunu bildirib.

"Amma bilirsiniz, nədir? Buna ehtiyac yoxdur. Fərman imzalamaqla, bununla da Konqresin aktından yayınmaqla bu barədə qərar qəbul edə bilərəm", - D.Tramp vurğulayıb.

Amerika lideri həmçinin ABŞ vətəndaşlığı olmayan şəxslərin Birləşmiş Ştatlara gəldikdən sonra uşaq sahibi olmaqla yeni doğulanlara avtomatik ABŞ vətəndaşlığı qazandırması halını gülünc adlandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR