Slimfit
  1. İDMAN

Donald Gerye: "Təmiz qolumuz sayılmadı"

Donald Gerye: "Təmiz qolumuz sayılmadı"
Sakura

Donald Gerye: "Təmiz qolumuz sayılmadı"

"Bu gün çox yaxşı komandaya qarşı oynadıq. Biz rəqibə hörmətlə yanaşırıq. Maksimum nəticəyə nail olmaq üçün sona qədər döyüşdük, əlimizdən gələni etdik".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Donald Gerye evdə "Qarabağ"la qolsuz bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Haitili oyunçu heç-heçəni normal nəticə adlandırıb: "Təbii ki, bərabərliyi fikirləşmirdik. Heç bir komanda bunu düşünməz. Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağımızı bilirdik. Meydana savaş üçün çıxmışdıq. Digər tərəfdən, 1 xal normal nəticədir. Futbolda 3 cür nəticə mümkündür. Bu gün biz heç-heçə etdik. Hər halda uduzmadıq".

Gerye sabiq komandası ilə matçın özü üçün bir tərəfdən xüsusi önəmə malik olduğunu etiraf etsə də, oyuna digər qarşılaşmalardakı kimi kökləndiyini vurğulayıb: "Konsentrasiya sarıdan böyük fərq yox idi. Çünki bu, mənim işimdir. Əlimdən gələni etməliyəm ki, hazırkı komandam yaxşı nəticəyə nail olsun".

Gerye uzatma dəqiqələrində komanda yoldaşı Tural Axundovun yerdə qaldığı epizod barədə geniş şərh vermək istəməsə də, Stiven Monrozun qolunun sayılmamasından şikayətlənib: "Penalti təyin edib-etməmək baş hakimdən asılıdır. Verə də bilərdi, verməyə də. Ən çox xoşuma gəlməyən qərar Monrozun təmiz qolunun sayılmamasıdır. Orada heç bir ofsayddan söhbət gedə bilməzdi. Amma hardansa oyundankənar vəziyyət olduğunu gördülər".

30 yaşlı cinah müdafiəçisi mövsümün əvvəli ilə müqayisədə son 5 matçda daha yaxşı təsir bağışlamalarının səbəbini də açıqlayıb: "Düzdür, startımız o qədər də uğurlu alınmamışdı, xallar itirmişdik. Sonradan hər bir oyuna həm mənəvi, həm də fiziki baxımdan final qarşılaşması kimi hazırlaşmağa başladıq. Bunun nəticəsində ardıcıl 4 qələbə qazandıq və bu gün də məğlubiyyətsizlik seriyasını davam etdirdik".

Qeyd edək ki, Donald Gerye "Qarabağ"da ötən 2 mövsüm ərzində çıxış edib. O, "Neftçi"yə cari mövsümün əvvəllərində azad agent kimi keçib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR