Dərc edildi: Baxış sayı: 471
Dollardan imtina edin, qızıla keçin - Rusiyadan çağırış
Rusiya qızılı dollar investisiya ənənəsinə son dərəcə uğurlu bir alternativ ola bilər.
Axar.az xəbər verir ki, bunu Moskva birjasının icraçı direktoru Aleksandr Afanasiyev bildirib.
"Öz istehsalımız olan Rusiya qızılı investisiya yatırımı üçün alternativ variantlardan biridir. Həddindən artıq mühafizəkar investorlar aldıqları dollarları yastıq altında saxlayırlar, lakin bu, etibarlı bir yol deyil", - Afanasiyev söyləyib.
Rusiyanın dünyanın ən böyük üçüncü qızıl istehsalçısı olduğunu deyən Afanasiyev iki il öncə qızıl hasilatının 6 faiz artdığını, ötən ilin yanvar-oktyabr aylarında təxminən 265 ton qızıl istehsal edildiyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət