Slimfit
  1. İQTİSADİYYAT

Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir

Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
Sakura

ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabrın 25-26-da keçirdiyi son iclasın protokollarını dərc edib

ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabrın 25-26-da keçirdiyi son iclasın protokollarını dərc edib.

Karabakhmedia.az "Sözcü"yə istinadla xəbər verir ki, FED son iclasın protokollarında mərhələli şəkildə faiz artımına davam edəcəyi siqnalını verib.

Protokollarda faiz artırılması qərarının iqtisadiyyatın gücünü əks etdirdiyi vurğulanıb. Qeyd edək ki, FED son iclasda faizi 1,75-2 faiz aralığından 2-2,25 faiz aralığına qaldırıb.

Sənədlərdə deyilir ki, FED üzvləri əlavə faiz artımının iqtisadi artım və 2 faizə yaxın inflyasiya ilə böyük ehtimalla uyğun olacağını proqnozlaşdırıb.

Analitiklərin fikrincə, FED bu ili 4 faiz artımı ilə başa çatdırmaq planını həyata keçirmək məsələsində qətiyyətini qoruyur.

FED-in bu il 18-19 dekabr tarixlərində son iclası keçiriləcək. Dekabr iclasında FED-in faiz artırması ilə bağlı bazar gözləntisi artıq 80 faizi keçib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR