Dərc edildi: Baxış sayı: 802
Doğuşdan bir ay sonra yenidən ana oldu
Banqladeşli qadın doğuşdan bir ay sonra növbəti dəfə ana olub. O, əkiz uşaqlar dünyaya gətirib.
Bu barədə BBC məlumat yayıb.
20 yaşlı Arifə Sultan fevral ayının sonlarında erkən doğuş edib. 26 gündən sonra evdə qarın nayihəsində kəskin ağrılar hiss etməyə başlayıb. Xəstəxanaya müraciət etdikdən sonra həkimlər onun hamilə olduğunu; ikinci uşaqlığında (daxili cinsi orqan - red.) əkizlərin olduğunu müəyyən ediblər.
Dərhal qeysəriyyə üsulu ilə əməliyyat keçirilib və hər iki uşaq sağlam şəkildə dünyaya gəlib.
Baş verən hadisə yerli tibb mütəxəssislərinin təəccübünə səbəb olub.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət