Dərc edildi: Baxış sayı: 552
Doğuş və dəfn pulları yenə artırılacaq
“Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxslər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb”.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, bu məbləğ mərhələlərlə artırılacaq: “Həm uşağın anadan olmasına, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artım olub. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət