Slimfit
  1. AZƏRBAYCAN

Doğumun qeydə alınması ilə bağlı dəyişiklik

Doğumun qeydə alınması ilə bağlı dəyişiklik
Sakura

Doğumun qeydə alınması ilə bağlı dəyişiklik

Azərbaycan qanunvericiliyində doğumun qeydə alınması ilə bağlı maddədə dəqiqləşmə aparılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsində dəyişiklik edilib. 

Məcəllənin 166-cı (Doğumun qeydə alınması qaydası) maddəsinin 2-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 

Dəyişiklik isə belədir: “Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilən etibarnaməsi əsasında təyin olunmuş şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 

Layihədə bildirilib ki, məcəlləyə təklif edilən dəyişiklik doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR