Dərc edildi: Baxış sayı: 521
Dodon yenidən Rusiyaya gəlir: Putindən nə istəyəcək?
Moldova Prezidenti İqor yenidən Rusiyaya işgüzar səfər edir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, bu dəfə Moldova prezidenti Kremldə Rusiya Prezidenti Vladimir Putinin qəbulunda olacaq. Görüşün gündəmini təbii qazla bağlı müqavilə təşkil edəcək.
Rusiya mətbuatı Dodonun Putinlə görüşə müqavilədə endirimə nail olmaq məqsədilə gəldiyini yazıb. Bundan əlavə danışıqlar çərçivəsində qaz daşınması marşrutun dəyişilməsi məsələsinin də müzakirəsi istisna edilməyib.
Xatırladaq ki, Moldova Prezidenti İqor Dodon sentyabrın 2-də Moskvaya səfər edərək Rusiya Baş nazirinin müavini Dmitri Kozak və “Qazprom”un rəhbəri Aleksey Millerlə də görüşmüşdü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət