Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dodaq kənarlarında çatlar, toyuq korluğu, quru dəri... - Sizdə bu vitamin çatışmır

Dodaq kənarlarında çatlar, toyuq korluğu, quru dəri... - Sizdə bu vitamin çatışmır
Sakura

Dodaq kənarlarında çatlar, toyuq korluğu, quru dəri... - Sizdə bu vitamin çatışmır

A vitamini (retinol) ən vacib vitaminlərdən biri sayılır.

Saglamolun.az bildirir ki, A vitamini orqanizmin bir çox vacib funksiyalarında iştirak edir. Bu vitamin toxumaların bərpasına kömək edir, saçların və dərinin elastikliyini təmin edir, immun sistemini gücləndirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

A vitamini antioksidantdır. Bu maddələr orqanizmin cavanlığını qoruyur, orqanizmdə gedən qoclama və dağılma prosesləri ləngidir. Məhz bu səbəbdən A vitamini bir çox cavanalaşdırıcı maskalara və kremlərə daxil edilir.

 

A vitamini həm qadınların, həm də kişilərin cinsiyyət sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

A vitamini “toyuq korluğunun” qarşısını alır. Bu səbəbdən toyuq korluğu zamanı A vitaminin qəbulu təyin olunur. Keçmişdə təbiblər A vitamini haqqında heç nə bilmirdilər, lakin toyuq korluğu zamanı “pasiyentlərə” A vitamini ilə zəngin olan bişmiş qaraciyəri yeməyi tövsiyə edirdilər.

A vitamini əsasən heyvani məhsulların tərkibində olur. Qara ciyər, balıq yağı, kərə yağı, xama, süd, pendir A vitamini ilə xüsusilə zəngindir. Həmçinin qırmızı və narıncı rəngdə olan meyvə və tərəvəzlərin tərkibinə A provitaminləri (beta-karotin, likopin) daxildir. Bu provitaminlər nazik bağırsaqda A vitamininə çevrilir.

A vitaminin normal mənimsənilməsi üçün mütləq yağlar lazımdır. Bu vitamin bir çox digər vitaminlər kimi yağda həll olunur və yağla mənimsənilir. Bu səbəbdən tərəvəz salatları hazırladıqda onlara mütləq bitki yağı və ya xama əlavə edin. Bu tərəvəzlərdən A vitamininin mənimsənilməsinə kömək edəcək.

Bizim qara ciyərimiz bir çox vitamin və digər faydalı maddələrin anbarıdır. A vitamini də qara ciyərdə toplanır və lazım olduqda istifadə olunur. Bu səbəbdən insan müəyyən müddət ərzində A vitamini ilə zəngin olan qidaları qəbul etmədikdə, defisit yaranmır. Lakin insan uzun müddət ərzində tamdəyərli qidalanmır və ya pəhriz saxlayır, ac qalırsa, onun orqanizmində bu vitaminin defisiti inkişaf edə bilər. A vitamini defisitinin əsas simptomları:

- dərinin və saçların vəziyyətinin pisləşməsi (saçlar quru, cansız olur, dəri qocalır, elastikliyini itirir)

- immun sisteminin zəifləməsi (insan daha tez-tez xəstələnir və daha gec sağalır)

- selikli qişaların quruması

- dodaq kənarlarında çatların əmələ gəlməsi

- yaraların gec sağalması

- cinsiyyət sistemində pozulmalar

- toyuq korluğu, görmənin pisləşməsi

- sinir sistemində pozulmalar

- uşaqlarda boyatmanın ləngiməsi və s.

Yalnız tamdəyərli qidalanma orqanizmi bütün lazım olan maddələrlə və o cümlədən A vitami ilə təmin edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR