Slimfit
  1. CƏMİYYƏT

DMX əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi

DMX əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi
Sakura

DMX əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Bildirilib ki, Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli 310 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadıldığı üçün Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti də hazırkı qaydalar əsasında həyata keçiriləcək:

“Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejiminin Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə etdiyi nəzərə alınaraq, Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla, digər bütün regional miqrasiya idarələri fəaliyyətini tam bərpa edir.

Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar onlayn kurslarda iştirak etmək məqsədilə iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzi xidmətinizdədir”.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR