Slimfit
  1. SİYASƏT

Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub

Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub
Sakura

Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub

Qarabağın mənsubiyyəti üzrə əsas məsələ həll olunub.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib: “Qarabağın mənsubiyyəti üzrə əsas məsələ həll olunub, sülh sazişi istiqamətində ciddi irəliləyiş təmin edilib”. D.Peskov əlavə edib ki, Bakı və İrəvan sülh sazişinin imzalanmasında finiş xəttinə çıxa bilərlər.

Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin Qarabağda nəqliyyat dəhlizlərinin açılmasına dair görüşünün keçiriləcəyi ilə bağlı sualı cavablandıran Kremlin nümayəndəsi deyib: “Hələ ki, bununla bağlı heç nə deyilmir. Təmasların fəallaşdırılması üzrə razılıq əldə edilib, lakin hələ konkret bir şey yoxdur”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR