Slimfit
  1. CƏMİYYƏT

Bakıda bu evlər ucuz qiymətə satışa çıxarıldı

Bakıda bu evlər ucuz qiymətə satışa çıxarıldı
Sakura

Bakıda bu evlər ucuz qiymətə satışa çıxarıldı

Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə köçdükcə onlara dövlət tərəfindən verilmiş mənzillər mərhələli şəkildə satışa çıxarılır. Həmin mənzillərin satış qiymətinə nəzər salsaq, görərik ki, bu evlər ölkə ərazisində tikilən bütün çoxmənzilli yaşayış binalarında olduğundan daha ucuz qiymətə satışa çıxarılır. Yəni burada söhbət maya dəyərindən gedir. Həmin tikililər üçün torpaq sahəsi dövlət tərəfindən verilməsəydi, satış qiyməti daha baha olardı. Onlar dövlət tərəfindən verilən sosial evlər olduğuna görə satış qiymətində sadəcə tikinti və təmir xərcləri nəzərdə tutulur. Ona görə də qiymətlər münasibdir.

Ens.az xəbər verir ki, bunu Bakupost az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev söyləyib.

Onun dediyinə görə, bu tip yaşayış binaları daha çox mərkəzdən kənar ərazilərdə tikilib. Həmin ərazilər üçün qiymət normaldır. Bu mənzillər ucuz qiymətə uzunmüddətli kredit şərtləri ilə də satılır:

"Bakı şəhərində daşınmaz əmlak bazarında son illər qiymət artımları davam edir. Son üç ildə artımların daha çox olduğu müşahidə edilir. Bu cür layihələr təbii ki, aztəminatlı insanlar üçün mənzil sahibi olmağı əlçatan edir. Qeyd edim ki, tam təmirli bu mənzillər dövlətin sifarişi ilə tikildiyinə görə qaz, su, işıq və kommunikasiya xətləri və çıxarışla təmin olunub".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR