Dmanisinin icra başçısı azərbaycanlıların problemləri ilə maraqlanıb
Gürcüstanın Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşvili azərbaycanlıların yığcam yaşadıqları kəndlərin sakinləri ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, rayon rəhbəri Aşağı Orozman, Yuxarı Orozman və Mtisdziri kəndlərinin problemləri ilə maraqlanıb.
Görüşün keçirilməsində məqsəd kənd sakinlərini narahat edən problem və qayğıları müəyyən etmək və rayon rəhbərliyinin səlahiyyətləri çərçivəsində onların həllinə dəstək göstərməkdir.
G.Tatuaşvili kənd sakinlərinə rayonda həyata keçirilən sosial proqamlar, cari və planlaşdırılan infrastruktur layihələri barədə məlumat təqdim edib.
Görüşdə Dmanisi rayon icra başçısının müavini Arif Süleymanov, bələdiyyə üzvləri Kamran Xıdırov və Ramiz Ramazanov da iştirak ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət